“Oyunçuları inandırdım ki, bundan vacib heç nə ola bilməz” “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın son Konfrans Liqasındakı qələbəsini xatırladıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Konfrans Liqası həmin mövsüm qalib gələ biləcəyimiz yeganə turnir idi. Mən oyunçularımı inandırdım ki, bundan vacib heç nə ola bilməz. Biz tezliklə Klublararası dünya kubokunu da qazandıq”.

“Çelsi” 2024/25 mövsümündə finalda “Betis”i 4:1 hesabı ilə məğlub edərək, Konfrans Liqasında qalib olub. Qarşılaşma Polşada baş tutub. “Zadəganlar” Premyer Liqanı isə dördüncü pillədə başa vurmuşdular.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right