38 yaşlı Messi bombardirlər siyahısında liderdir

“İnter”in (Mayami) hücumçusu Lionel Messi MLS-in bombardirlər yarışında vahid liderdir.

Newsport.az xəbər verir ki, dünən “Atlanta” ilə oyunda Messinin komandası 4:0 hesabı ilə qələbə qazanıb. Argentinalı iki qol vurub.

Beləliklə, 38 yaşlı futbolçu cari mövsümdəki qolların sayını 26-ya çatdırıb (27 oyunda). O, həmçinin 19 məhsuldar ötürmə edib.

Bombardirlər siyahısında ikinci yerdə “Los Angeles” hücumçusu Denis Buanga (24 qol) qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right