“Qızıl top”un sahibi bir şərtlə satıla bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri müəyyən şərtlərlə klubdan ayrıla bilər.

Newsport.az “Defensa Central”-a istinadən xəbər verir ki, “şəhərlilər” ispaniyalı futbolçunu 2026-cı ilin yayında 65 milyon avroya satmağı nəzərdən keçirəcək. Bu, yalnız o, həmin vaxta qədər müqaviləsini yeniləməsə mümkün olacaq.

29 yaşlı futbolçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir. “Qızıl top”un sahibinə son aylarda “Real”ın maraq göstərdiyi bildirilir. Ancaq hələlik “kral klubu”nun Rodri uğrunda mübarizəyə qoşulub-qoşulmayacağı bəlli deyil.

Rodri bu ilin iyununda 29 yaşını qeyd edib və Avropa çempionu tituluna sahibdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right