“Barselona” Yamal üçün 400 milyon avroluq təklif alması xəbərini təkzib edib

“Barselona”nın Lamin Yamala görə heç bir təklifi yoxdur.

Daha əvvəl İspaniya mətbuatı “Əl-Hilal”ın 18 yaşlı vinger üçün 400 milyon avro və 7 illik müqavilə təklif etdiyini yazmışdı.

Newsport.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubu Yamalın satılmadığını bildirərək, belə bir təklif aldığını rədd edib.

Üstəlik, bu yay Yamal “Barselona” ilə müqaviləsinin müddətini 2031-ci ilə qədər uzadıb.

İspaniyalı futbolçu bu mövsüm La Liqada 4 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right