İki futbolçu əsas komandadan uzaqlaşdırıldı Tedeskodan radikal qərar

"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə iki futbolçu əsas komandadan uzaqlaşdırılıb.

Newsport.az xəbər verir ki, bunlar İrfan Can Kahveci və Cenk Tosundur. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

Həriki oyunçu növbəti qərara qədər əsas komanda ilə məşqlərdə iştirak etməyəcək. Türkiyə mətbuatının yazdığına görə, italiyalı mütəxxəssis Kahveci və Tosunun komandaya zərər verdiyini düşünür.

Qeyd edək ki, İrfan Can Kahveci bu mövsüm "Fənərbaxça"nın heyətində 12 rəsmi matçda meydana çıxıb. O, bu qarşılaşmalarda qol və ya assistlə yadda qalmayıb. Cenk Tosun isə 7 oyunda 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right