"Fənərbaxça" Niderland millisinin üzvünü transfer etmək istəyir

"Feyenord"un yarımmüdafiəçisi Kvinten Timber karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Fənərbaxça" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Timber İstanbul nəhənginin baş məşqçisi Domenikonun transfer siyahısının ilk pilləsindədir.

24 yaşlı orta xətt oyunçusunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, yeni sözləşmə təklifini qəbul etməyib. "Fənərbaxça" bu amildən yararlanaraq yaxın zamanda futbolçu üçün hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, Kvinten Timber "Feyenord"un yetirməsidir. Niderland millisinin üzvü bu mövsüm Roterdam təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right