Millimizlə oyundan öncə Ukraynanın heyətində ciddi itki

DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinin rəqibi olan Ukrayna seçməsi ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, "göy-sarılar"ın yarımmüdafiəçisi Georgi Sudakov sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Benfika"nın futbolçusu iki gün öncə İslaniya ilə keçirilən oyunda zədələnib. 23 yaşlı oyunçu yığmanın düşərgəsini tərk edib.

Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right