Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Newsport.az xəbər verir ki, 4 qrupda 8 matç oynanılıb.
G qrupunda Niderland millisi Finlandiyanı darmadağın edib - 4:0.
Günün gözlənilməz nəticəsi L qrupunda qeydə alınıb. Ötən tur Monteneqronu 4 cabasız qolla məğlub edən Farer adaları bu dəfə Çexiya üzərində qələbə qazanıb - 2:1.
Azərbaycan millisi isə meydana sabah çıxacaq. Son oyunda səfərdə Fransaya uduzan (0:3) Ayxan Abbasovun komandası Ukraynanın qonağı olacaq.
12 oktyabr
DÇ-2026
Seçmə mərhələ
C qrupu
20:00. Şotlandiya – Belarus - 2:1
Qollar: Ç.Adams, 15. Maktominey, 84 – Kuçko, 90+6.
22:45. Danimarka – Yunanıstan - 3:1
Qollar: Höylund, 21. Andersen, 40. Damsqor, 41 – Tsolis, 63.

G qrupu
20:00. Niderland – Finlandiya - 4:0
Qollar: Malen, 8. Van Deyk, 17. Depay, 38-pen. Qakpo, 84.
22:45. Litva – Polşa - 0:2
Qollar: Şimanski, 15. Levandovski, 64.

H qrupu
17:00. San Marino – Kipr - 0:4
Qollar: Loyzu, 9. Andreu, 59. Kastanos, 67-pen. Kakulis, 79.
22:45. Rumıniya – Avstriya - 1:0
Qol: Gita, 90+5.

L qrupu
20:00. Farer adaları – Çexiya - 2:1
Qollar: Sorensen, 67. Aqnarsson, 81 – Karabeç, 78.
22:45. Xorvatiya – Cəbəllütariq - 3:0
Qollar: Fruk, 30. Suçiç, 78. Erlik, 90+6.
