PSJ braziliyalı müdafiəçini satmağa hazırdır

PSJ-nin müdafiəçisi Markinyos qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Newsport.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçunun Səudiyyə Ərəbistanı liqasında oynamaq variantı var. Paris klubunun rəhbərləri qışda oyunçunun transferi üçün təklifləri nəzərdən keçirməyə hazırdır. PSJ ukraynalı müdafiəçi İlya Zabarnının Markinyosu əvəzləməyə qadir olduğunu düşünür.

Markinyos 2013-cü ilin yayından Paris klubunda çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin iyunun sonunda başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right