"Monako"da yeni baş məşqçinin adına aydınlıq gəldi Rəsmi

“Monako” yeni baş məşqçisinin təyinatını elan edib.

Newsport.az xəbər verir ki, komandaya Sebastyan Pokonyoli rəhbərlik edəcək. O, bu vəzifədə Adi Hütteri əvəzləyib və 2027-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.

2024-cü ildən Pokonyoli “Union” klubuna rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda Belçika çempionu olub və ölkə Superkubokunu qazanıb.

Hazırda “Monako” Liqa 1-də 7 turdan sonra 13 xal toplayaraq turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right