İngiltərədə ayın ən yaxşı məşqçisi seçildi

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, "Kristal Pelas"ı çalışdıran Oliver Qlasner ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Avstriyalı mütəxəssisin komandası sentyabr ayında Premyer Liqada keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, Oliver Qlasner 2024-cü ilin fevral ayında "Kristal Pelas"ın baş məşqçisi təyin olunub. 51 yaşlı çalışdırıcı ilk dəfə ayın ən yaxşı məşqçisi adına layiq görülüb. Onun komandası hazırda Premyer Liqada 12 xall 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right