İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Newsport.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, ayın ən yaxşısı "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland seçilib. O, ötən ay meydana çıxdığı üç oyunda beş qol vurub.
Qeyd edək ki, E.Haaland bu mövsüm meydana çıxıdığı 7 görüşdə 9 qol vurub. "Mançester Siti" hazırda Premyer Liqanın turnir cədvəlində 13 xall 5-ci pillədə qərarlaşıb.