"Barselona"nın futbolçusu İspaniya millisindən kənarlaşdırıldı

İspaniya milli komandasının heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, "Barselona"nın futbolçusu Dani Olmo sıradan çıxıb. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

27 yaşlı hücumameyilli yarımmüdafiəçidə əzələ zədəsi aşkarlanıb. O, müalicə olunmaq üçün klubunun düşərgəsinə qayıdıb.

Qeyd edək ki, İspaniya seçməsi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Gürcüstanı, 3 gün sonra isə Bolqarıstanı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right