La Liqada mövsümün ilk baş məşqçi istefası

"Ovyedo" (İspaniya) baş məşqçisi Velko Paunoviçlə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə yanaşı, onun məşqçi heyəti də komandadan göndərilib.

Artıq "Ovyedo"nun yeni baş məşqçisi də müəyyənləşib. Kollektiv 46 yaşlı ispaniyalı Luis Karriona tapşırılıb.

Qeyd edək ki, Paunoviç bu ilin martından "Ovyedo"nu çalışdırırdı. Serblərin rəhbərliyi altında komanda ötən mövsüm 24 il sonra ilk dəfə Sequndadan La Liqaya yüksəlib. 

Xatırladaq ki, bu, La Lqanın cari mövsümündəki ilk baş məşqçi ayrılığıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right