İbrahimoviç: "Braziliya millisi Ançelotti üçün dünya çempionu olacaq"

“Milan”ın baş məsləhətçisi Zlatan İbrahimoviç Braziliya millisinin DÇ-2026-nın qalibi olması şansların dəyərləndirib.

Newsport.az xəbər verir ki, o, sözgedən yığmanın mundialını qazanacağına inandığını söyləyib:

"Braziliya millisi dostum Karlo Ançelotti üçün qalib gələcək. Mən qələbəyə köklənirəm.

Onun toxunduğu hər şey qızıla çevrilir. Baxaq, Ançelotti Braziliya millisi ilə də eyni şeyi edə biləcəkmi?"

Qeyd edək ki, Ançelotti bu yay Braziliya yığmasının baş məşqçisi təyin olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right