"Barselona" - "Vilyarreal" oyunu ABŞ-da RƏSMİ

İspaniya La Liqasında 17-ci turunun "Barselona" - "Vilyarreal" matçının keçiriləcəyi məkan müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Sözügedən görüş ABŞ-dakı "Hard Rock Stadium"da (Mayami) təşkil olunacaq. Matç dekabrın 20-də oynanılacaq.

Bu qarşılaşma La Liqanın ölkə xaricində keçirilən ilk oyunu olacaq.

Qeyd edək ki, hazırda La Liqanın turnir cədvəlində "Barselona" `19 xalla 2-ci, "Vilyarreal" isə 16 xalla 3-cüdür.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right