"Napoli" hücumçusu Cüzeppe Ambrosino ilə yeni müqavilə imzalayacaq.
Newsport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
22 yaşlı futbolçu ilə yeni müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulacaq. Onun hazırkı müqavilə isə 2026-cı ilin yayına kimidir.
Yaxın bir neçə gün ərzində tərəflər arasında yeni razılaşmanın rəsmən açıqlanacağı da qeyd olunub.
Qeyd edək ki, "Napoli" "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindəndir.