"Mançester Yunayted"də futbolçular Amorimi dəstəkləyir? rəhbərlik oyunçulardan rəylər aldı

“Mançester Yunayted” futbolçuları Ruben Amorimi dəstəkləyirlər.

Newsport.az xəbər verir ki, ESPN-in məlumatına görə, klubun baş direktoru Omar Berrada və idman direktoru Ceyson Uilkoks baş məşqçi ilə bağlı bəzi oyunçularla söhbətlər aparıblar. Rəhbərlik kapitan Bruno Fernandeşin və komandanın liderlər qrupunun fikrini öyrənib.

Futbolçularla aparılan qeyri-rəsmi danışıqlardan sonra klub rəhbərliyi əmindir ki, Amorim oyunçuların dəstəyinə malikdir və komanda daxilində müsbət ab-hava hökm sürür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right