Türkiyə millisinin üzvü "Roma"da qalacaq

"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Zeki Çeliklə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli sağ cinah müdafiəçisini komandada saxlamaq istəyir. Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

"Roma" Zekini bir neçə il komandada saxlamağı planlaşdırır. Paytaxt klubu artıq 28 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right