"Barselona"nın sabiq üzvü Rusiyada oynaya bilər

“Barselona” və İspaniya millisinin sabiq üzvü Kristian Telyo karyerasını Rusiyada davam etdirə bilər. 

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Rostov”un maraq dairəsindədir. Rusiya klubunun baş məşqçisi Conatan Alba həmyerşisini sərəncamında görmək istəyir.

Hazırda azad agent statusu daşıyan ispanla danışıqlar davam etdirilir. Qeyd edək ki, Kristian “Barselona”, “Porto”, “Fiorentina”, “Betis”, “Los-Anceles”, “Əl-Fateh”, “Əl-Orobah” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right