Rakitiç həmyerlisinin İtaliya çempionu olacağına inanır

“Barselona”nın və Xorvatiya millisinin sabiq futbolçusu İvan Rakitiç “Milan”ın Luka Modriçlə çempionluq şanslarını dəyərləndirib.

Newsport.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, 40 yaşlı xorvat yarımmüdafiəçinin cari mövsümdə təsirli oyun sərgilədiyini və komandaya skudetto uğrunda mübarizə aparmağa kömək edə biləcəyini söyləyib:

“Modriç “Milan”da ilk mövsümdə çempion ola bilərmi? Bəli, mümkündür, amma nəticə martda bilinəcək. Mən turnirboyu inkişaf edən komandaları sevirəm. Noyabr və ya fevralda pik formada olmaq vacib deyil – əsas güclü yaz keçirməkdir. Belə olarsa, “Milan” uğurlu baş məşqçi Massimiliano Alleqri ilə çempion ola bilər”.

Modriç “Milan”a bu yay, “Real”dan ayrıldıqdan sonra keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right