Ərəblərdən Keynə 100 milyon avroluq təklif

“Bayern”in hücumçusu Harri Keyn karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” ingilis futbolçunu heyətinə qatmaqda maraqlıdır. Klubun rəhbərləri Keynə 3 illik müqavilə təklif edib. Forvard təklifi qəbul etsə, onun qazancı 100 milyon avro olacaq.

32 yaşlı futbolçu 2024-cü ilin yayında “Tottenhem”dən “Bayern”ə keçib. Onun Münhen klubuyla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right