"Mənim ən böyük problemim odur ki, futbolçular sizə inanırlar" Ruben Amorim

Ruben Amorim öz oyun sxemindən imtina etmək istəməməsinin səbəbini izah edib.

Newsport.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi “Sanderdlend”lə Premyer Liqanın 7-ci turundakı oyunundan (2:0) sonra bunları qeyd edib:

“Mən böyük bir klubun baş məşqçisiyəm. İndi KİV mənə nə edəcəyimi göstərəcək? Bu, mümkün deyil. Belə davam edə bilməz. Mənim ən böyük problemim odur ki, futbolçularım sizə – media nümayəndələrinə inanırlar, siz komandanın problemində sxemin günahkar olduğunu deyəndə. Bu, məni qıcıqlandırır, çünki mən komandamı görürəm.

Bu komanda illərlə başqa sistemdə oynayıb. O vaxt isə siz fərdiyyətin çatışmazlığından və ya başqa nədənsə danışırdınız, bilmirəm. Yəni məsələ sxemdə deyil. Məsələ xırda detalların və oyunumuzun necə qurulmasındadır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right