İspaniya La Liqasında VIII turun görüşləri davam edir.
Newsport.az xəbər verir ki, "Real" doğma meydanda "Vilyareal"ı qəbul edib. İlk hissəsi qolsuz yekunlaşan matçın ikinci hissəsində qapılara 4 qol vurulub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Madrid klubu bu qələbə ilə xallarının sayını 21-ə yüksəldərək ilk pillədə yer alıb. "Vilyarreal" isə 16 xalla 3-cü sıradadır.