Türkiyə Super Liqasının VIII turunun oyunları davam edir.
Newsport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması İstanbulda baş tutub. "Qalatasaray" doğma meydanda əzəli rəqiblərindən olan "Beşiktaş"la qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, "Qalatasaray" 22 xalla 1-ci, "Beşiktaş" isə 1 oyun əksiklə 13 xalla 5-ci pillədə qərarlaşıb.