“Qarabağ”ın rəqibini sevindirən xəbər

İspaniyalı vinger Niko Uilyams La Liqanın 8-ci turu çərçivəsində “Malyorka” ilə qarşılaşma öncəsi “Atletik”in (Bilbao) heyətinə dönüb.

Newsport.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi əzələ zədəsini geridə qoyaraq komandaya kömək etməyə hazırdır. O, cari mövsümdə La Liqada 3 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bilbaodakı “San Mames” stadionunda keçiriləcək qarşılaşmaya bu gün saat 20:30-da start veriləcək.

“Atletik” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right