"Roma"nın sabiq çalışdırıcısına Turin klubundan təklif

İtaliya millisinin sabiq üzvü Daniele De Rossiyə A seriyasından təklif gəlib.

Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, "Torino" De Rossiyə baş məşqçi postunu təklif edib.

Hazırda 42 yaşlı mütəxəssis gələn təklifi götür-qoy edir.

"Torino" rəhbərliyi artıq növbəti turdan De Rossinin təyinatını rəsmiləşdirmək istəyir. 

O, bundan əvvəl SPAL və "Roma"da baş məşqçi kimi çalışıdıb.

Yeri gəlmişkən, "Torino" A Seriyasında 4 xalla turnir cədvəlinin 15-ci pilləsindədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right