De Bruyne baş məşqçi ilə yaranan söz-söhbətə aydınlıq gətirdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne komandanın baş məşqçisi Antonio Konte ilə münaqişə barədə danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, heç bir münaqişənin olmadığını söyləyib:

“Mən qalibəm, ona görə də həmişə komandaya meydanda kömək etmək istəyirəm. Konteyə gəlincə, aramızda heç bir münaqişə yoxdur”.

Belçikalı futbolçu İtaliya A Seriyasının 5-ci turunda, “Milan”la oyunun (1:2) ikinci yarısında əvəzlənib və buna görə narazılığını bildirib. O, bu mövsüm İtaliya çempionatında 5 oyun keçirib və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right