“Qarabağ”ın rəqibindən hücumçusu ilə ilk peşəkar müqavilə

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Liverpul” hücumçusu Rio Nqumoa ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı anlaşmanın müddəti və digər detalları açıqlanmayıb.

Mersisayd akademiyasının 17 yaşlı oyunçusu bu mövsüm əsas komandanın heyətində bütün yarışlarda 4 oyuna çıxıb. Nqumoa “Liverpul”da debütünü cari mövsümdə İngiltərə Kuboku çərçivəsində “Akrinqton”la matçda (4:0) edib. O, Premyer Liqanın 2-ci turunda “Nyukasl”la oyunda (3:2) qələbə qolunu vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right