“Barselona”nın yarımmüdafiəçisi Qavi dizindən əməliyyat olunub.
Həkimlər onun sağalmasının təxminən 4-5 ay çəkəcəyini təxmin edirlər.
Newsport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi sosial şəbəkədə komanda yoldaşları Ronald Arauxo, Pedri və Lamin Yamalla xəstəxana otağından foto paylaşaraq, hər kəsə dəstəyə görə təşəkkür edib:
“İnsanlar bilirlər, “Barsa”nı və komandamı sona qədər müdafiə etmək üçün nə qədər lazımdırsa, o qədər vaxta geri qayıdacam. Əsl çempion uğur anlarında deyil, uğursuzluqdan qalxmaq bacarığında üzə çıxır”.
Qavi ötən mövsümdə də zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.