“Milan”ın keçmiş baş məşqçisi Fabio Kapello ötən qış “Feyenoord”dan İtaliya klubuna keçən hücumçu Santyaqo Ximenesin qol nisbətinin kəskin şəkildə aşağı düşməsindən danışıb.
Newsport.az “La Gazzetta Dello Sport”-a istinadən xəbər verir ki, o, buna görə məyus olduğunu bildirib:
“Bunu izah edə bilmərəm. Niderlandda o, hər matçda qol vururdu. İnanmıram ki, qol vurmağı unutmaq mümkün olsun. Xüsusilə də, hücumçu üçün. Həqiqətən, ümid edirəm ki, o, ilk qolunu vuranda hər şey başqa cür olacaq”.
Ximenes kubokda, “Leççe” ilə matçda (3:0) 20-ci dəqiqədə qol vurub.