Argentinalı hücumçu iki top-klubun hədəfindədir

“Atletiko”nun hücumçusu Xulian Alvareslə Avropanın iki top-klubu maraqlanır.

Newsport.az “Fichajes”-ə istinadən xəbər verir ki, 25 yaşlı forvardın xidmətinə “Barselona” və “Liverpul” maraq göstərir.

Alvares “Atletiko”ya ötən il “Mançester Siti”dən keçib. O, bu müddətdə Madrid təmsilçisinin heyətində 62 oyuna çıxaraq, 30 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Argentinalı hücumçu gələn yay transfer pəncərəsində paytaxt klubunu tərk etməyi nəzərdən keçirə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right