İtaliya A Seriyasında 4-cü turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, son çempion "Napoli" doğma meydanda "Piza"nı qəbul edib. Qarşılaşma Neapol təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Keçirdiyi 4 oyunun hamısında qallib gələn "Napoli" çempionatın lideridir. 1 xalı olan "Piza" isə 19-cu yerdədir.
Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasındakı matç noyabrın 26-da İtaliyada keçiriləcək.