“Sadəcə futbola fokuslanmışam” “Qarabağ”ın rəqibinin yeni transferi

Fransalı hücumçu Huqo Ekitike yayda Frankfurt “Ayntraxt”ından “Liverpul”a 95 milyon avroya transfer olunub.

Newsport.az “Canal+”-ə istinadən xəbər verir ki, 22 yaşlı oyunçu böyük məbləğə görə təzyiq hiss etmədiyini deyib:

“Bu mənim üçün önəmli deyil. Mən sadəcə futbola fokuslanmışam. İstənilən qədər danışmaq olar, amma qiymət elə qiymətdir. Futbol dəyişib. Böyük transfer baş verirsə, deməli, sadəcə futbol oynamaq lazımdır”.

Ekitike Premyer Liqanın ilk 5 oyununda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right