“Qarabağ”ın rəqibi niderlandlı futbolçu üçün yarışa qoşulub

“AZ Alkmaar”ın yarımmüdafiəçisi Kes Smit Avropanın top-klublarının diqqətini cəlb edib.

Newsport.az “Defensa Central”-a istinadən xəbər verir ki, niderlandlı futbolçunu uzun müddətdir izləyən əsas namizəd “Real” olsa da, “Çelsi”nin də transfer yarışına qoşulduğu bildirilir.

London təmsilçisinin marağı “kral klubu”nu daha qətiyyətli addımlar atmağa məcbur edə bilər.

19 yaşlı futbolçunun “AZ Alkmaar”la müqaviləsinin müddəti isə 2028-ci ilə qədərdir. O, indiyədək əsas komanda ilə 41 oyuna çıxaraq 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right