Ronaldonun komanda yoldaşı olacaq

"Mançester Yunayted"lə müqaviləsi gələn ilin yayında başa çatan Kazemiro gələcəyi ilə bağlı qərarını verib.

Newsport.az xəbər verir ki, braziliyalı futbolçu "qırmızı şeytanlar"ın sıralarını tərk edəcək. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Kazermiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 33 yaşlı yarımmüdafiəçi Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr"ə keçəcək.

Portuqaliyalı ulduz "Real"da birlikdə çıxış etdiyi komanda yoldaşını yanına gəlməyə razı salıb.

Qeyd edək ki, "Mançester Yunayted" Kazemironu 2022-ci ilin yayında "Real"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right