“Santos”un hücumçusu Neymar sıradan çıxıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı hücumçu sentyabrın 18-də sağ budunda ağrılar hiss etdiyi üçün məşqi buraxıb.
33 yaşlı futbolçuya sağ budun birbaşa əzələsinin zədələnməsi diaqnozu qoyulub. O, “Santos”un qarşıdakı bir neçə oyununu buraxacaq.
Neymar bu mövsüm Braziliya çempionatında 13 oyunda 3 qol vurub.