"Atletiko" "Liverpul"la matça ciddi itki ilə çıxacaq

"Atletiko" UEFA Çempionlar Liqası Liqa mərhələsinin ilk turu çərçivəsində səfərdə "Liverpul"un qonağı olacaq.

Newsport.az xəbər verir ki, İspaniya klubu oyuna ciddi itki ilə çıxacaq.

Hücumçu Xulian Alvares zədəlidir. Argentinalı forvard komanda ilə birlikdə İngiltərəyə aparılmayıb.

Qarşılaşma sabah Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Qeyd edək ki, Xulian Alvares bu mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right