"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi

İngiltərənin "Şeffild Yunayted" klubu baş məşqçi Ruben Selleslə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

42 yaşlı çaşıldırıcı mövsümün əvvəlində "Şeffild Yunayted"in baş məşqçisi postuna təyin olunmuşdu.

Qeyd edək ki, Ruben Selles Azərbaycanda da çalışıb. O, "Qarabağ" və "Neftçi"də köməkçi məşqçi vəzifəsini icra edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right