“Premyer Liqa dünyanın ən yaxşı liqasıdır” Canluici Donnarumma

“Mançester Siti”nin yeni qapıçısı Canluici Donnarumma İngiltərə Premyer Liqasının səviyyəsindən danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu liqanı ən yaxşı adlandırıb:

“Premyer Liqada oynamaq inanılmaz təcrübədir, çağırışa hazıram. Premyer Liqa dünyanın ən yaxşı liqasıdır, mən həmişə burada oynamaq arzusunda olmuşam. Bu, hər bir futbolçu üçün ən yüksək zirvədir. Burada olmaqdan çox xoşbəxtəm və ümid edirəm ki, məni transfer edən klubun etimadını doğruldacam”.

26 yaşlı italiyalı futbolçu daha əvvəl “Milan”da və 4 il PSJ-də çıxış edib. Qolkiper sentyabrın əvvəlində isə Fransa klubundan “Mançester Siti”yə keçib və hələ debüt etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right