Moldova millisinin baş məşqçisi istefaya göndərilib

Moldova millisinin baş məşqçisi Serhi Kleşşenko istefaya göndərilib.

Newsport.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyası məlumat yayıb.

53 yaşlı mütəxəssislə yolların ayrılmasına səbəb yığmanın DÇ-2026-nın seçmə mərhələsində Norveçə 1:11 hesabı ilə uduzması olub.

Qeyd edək ki, Moldova millisi Kleşşenkonun rəhbərliyi altında 38 oyun keçirib, 12 qələbə, 8 heç-heçə və 18 uduzub. O, 2021-ci ildən bu komandanı çalışdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right