Laport rəsmən La Liqa klubuna qayıtdı 3 illik müqavilə

Emerik Laport “Atletik”ə qayıdıb.

Newsport.az xəbər verir ki, İspaniya klubu 31 yaşlı müdafiəçinin “Əl-Nasr”dan transferini rəsmən elan edib. Tərəflər 3 illik müqavilə imzalayıb.

Əvvəllər bildirilmişdi ki, Səudiyyə klubu sövdələşmə barədə məlumatı TMS-ə (FİFA-nın Transferlərin Uzlaşdırılması Sistemi) gec göndərib və buna görə FİFA baskların futbolçunu qeydiyyata almasına icazə verməyib. Bu gün isə qərar dəyişdirilib.

Laport 2010–2018-ci illərdə “Atletik” sistemində çıxış edib, daha sonra “Mançester Siti”yə transfer olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right