Lamin Yamal Türkiyədə pasportunu itirdi

İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində səfərdə Türkiyəni 6:0 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, qonaq komandanın futbolçusu Lamin Yamal Konya şəhərində keçirilən matçda pasportunu itirib.

18 yaşlı vingerin oyun bitdikdən sonra sənədini axtardığı anlar "Bəyaz TV"nin kamerasına tuş gəlib. "Barselona"nın futbolçusu pasportunu tapmadan stadionu tərk edib.

İspaniya Futbol Federasiyası vəziyyəti aydınlaşdırmaq üçün Türkiyə hökuməti ilə təmaslara başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right