Niderland millisinin yeni bombardiri

Memfis Depay Niderland yığmasının tarixində ən yaxşı bombardir olub.

Newsport.az xəbər verir ki, 31 yaşlı hücumçu, hazırda Braziliyanın “Korintians” klubunda çıxış edən futbolçu, DÇ-2026-nın seçmə mərhələsində Litvaya qarşı oyunda dubl edib.

Bu qollar Depayın Niderland yığmasında 104 matçda vurduğu 51-ci və 52-ci topları olub. O, 102 oyunda 50 qol vuran Robin van Persini geridə qoyaraq ölkəsinin tarixində ən yaxşı bombardirə çevrilib.

Qeyd edək ki, Memfis daha əvvəl “Atletiko”, “Barselona”, “Lion”, “Mançester Yunayted” və PSV” komandalarının da formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right