“Real”ın yarımmüdafiəçisi Çud Bellingem topla məşqlərə başlamağa hazırdır.
Newsport.az “Marca”-ya istinadən xəbər verir ki, futbolçu gələn həftədən topla qaçış məşqlərinə başlamağı planlaşdırır. Üstəlik, onun ümumi qrupda qismən iştirakı da istisna edilmir. Bellingemin özünü çox yaxşı hiss etdiyi və ən qısa zamanda komandasına kömək etmək istədiyi bildirilib.
Daha əvvəl ingilis futbolçu çiynindən əməliyyat olunduğu üçün bu mövsüm hələ meydana çıxmayıb.
“Real”ın La Liqada növbəti oyunu sentyabrın 13-də “Real Sosyedad”la olacaq.