Lüksemburq millisi qəzaya uğrayıb

Lüksemburqun 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvləri qəzaya uğrayıb.

Newsport.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.

Futbolçular Avropa çempionatının seçmə mərhələ oyunu üçün Fransaya yola çıxıblar. Qəzaya səbəb avtobus sürücüsünün sağlamlıq vəziyyətinin pis olması olub – avtobus yan tərəfə aşıb.

Xoşbəxtlikdən, heç bir oyunçu ciddi xəsarət almayıb. Yalnız beş nəfər kəsik və qançır səbəbindən tibbi yardım alıb. Matç isə gələn ilin payızına təxirə salınıb.

Əvvəlki seçmə mərhələdə Lüksemburq yığması Fransa millisinə qarşı oyunlarda iki dəfə məğlub olub – 2:3 və 0:2.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right