Ederson Türkiyə klubunda RƏSMİ

Ederson Moraes “Mançester Siti”dən ayrılaraq “Fənərbaxça”ya keçib.

Newsport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı qolkiper İngiltərə klubunun tarixinə ən uğurlu oyunçulardan biri kimi düşüb. O, Pep Qvardiolanın rəhbərliyi altında 18 titul qazanıb. Ederson 2017/18 mövsümündən etibarən “şəhərlilər”in heyətində 372 oyuna çıxıb, 311 top buraxıb və 168 matçda qapısını toxunulmaz saxlayıb. Braziliya millisində isə onun hesabında 29 oyun var.

Yaxın vaxtlarda isə “Mançester Siti” yeni qapıçının – italiyalı Canluici Donnarummanın transferini açıqlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right