“Yuventus” 2 yeni oyunçu transfer edib

“Yuventus” heyətini iki yeni oyunçu ilə gücləndirib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Belçika millisinin və “Leyptsiq”in hücumçusu Luis Openda icarə əsasında mövsümün sonuna qədər “Yuventus”a qoşulub. Müqavilədə 25 yaşlı forvardın 42 milyon avroya alınması üçün şərt də nəzərdə tutulub.

Bundan əlavə, turinlilər “Lill”in yarımmüdafiəçisi Edon Jeqrovanı da transfer edib. 26 yaşlı futbolçunun keçidi “Yuventus” 15,5 milyon avroya başa gəlib.

Turin təmsilçisi A Seriyasının ilk iki turundan sonra 6 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right