"Atletiko" "Mançester Siti"nin futbolçusunu transfer etməyi planlaşdırır

"Mançester Siti"nin futbolçusu Mateus Nunyes karyerasını İspaniyada davam etdirə bilər.

Newsport.az “Marca”ya istinadən xəbər verir ki, “Atletiko” portuqaliyalı futbolçunu heyətinə qatmaqda israrlıdır. 

Madrid təmsilçisi 27 yaşlı mərkəz yarımmüdafiəçisini bu yay transfer etmək niyyətindədir.

Onun “Mançester Siti” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Nunyes karyerası ərzində “Eştoril”, “Sportinq”, “Vulverhempton” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right