"Mançester Yunayted"dən "Vilyarreal"a

“Mançester Yunayted”in qapıçısı Andre Onana İngiltərəni tərk etməyə hazırlaşır.

Newsport.az “The Sun”a istinadən xəbər verir ki, 29 yaşlı qolkiper İspaniyaya yollana bilər.

Çempionlar Liqasının əsas mərhələsində iştirak edən “Vilyarreal” Onananı bir mövsümlük icarəyə götürməyi planlaşdırır.

Hazırda tərəflər arasında danışıqlar davam edir.

Kamerunlu futbolçunun Mançester təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right